Bakı Sağlamlıq Mərkəzi beynəlxalq tibbi turizm "UNITED MEDICAL TOURISM EXPO" sərgisində iştirak edəcək

22-23 may tarixlərində Bakıda, Hyatt Regency oteldə beynəlxalq tibbi turizm "UNITED MEDICAL TOURISM EXPO" sərgisi keçiriləcək. 10 ölkədən tibb müəssisələrinin və sağlamlıq mərkəzlərinin nümayəndələri səhiyyə sahəsində ən son nailiyyətləri, xəstəliklərin qarşısının alınmasını, effektiv müalicə üsullarını, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyaları və xidmətləri təqdim etmək üçün burada toplaşacaqlar! 👩🏻‍⚕👨‍⚕ Bakı Sağlamlıq Mərkəzi olaraq bu sərgidə iştirakımızı sizə bildirməkdən çox şadıq. Sərgidə sizi gözləyir: ✅ Dünyanın hər yerindən 30+ iştirakçı (Almaniya, Azərbaycan, Cənubi Koreya, Hindistan, İsverçrə, Türkiyə və s.) ✅ 2000+ ziyarətçi ✅ 30+ tibbi turizm agenti ✅ Yüksək səviyyəli ekspertlərin məruzəçi kimi iştirak etdiyi zəngin biznes proqram ⚡Tibbi turizm sahəsində əsas tədbirin bir hissəsi olmaq istəyirsinizsə, sərgiyə qatılın. 📍Məkan: Bakı, "Hyatt Regency Hotel", İzmir küç.6 🎫 Ödənişsiz bilet əldə etmək üçün link vasitəsilə qeydiyyatdan keçə bilərsiz: https://umtexpo.com/az/

Diqər xəbərlər